Rusiyanın Almaniyadakı konsulluqları fəaliyyətini dayandırır
Tarix: 31-05-2023, 15:46 | Çap et


Almaniya Rusiyanın ölkə ərazisindəki 5 konsulluğundan dördünün fəaliyyət icazəsini ləğv edib.

APA AP-a istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat

Bildirilib ki, bu addım Rusiya tərəfinə cavab olaraq atılıb.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger jurnalistlərə bildirib ki, bu addım iki ölkə arasında “kadrlar və strukturlar arasında paritet” yaratmaq məqsədi daşıyır.

Qeyd edək ki, Rusiya hökuməti bu yaxınlarda bildirib ki, maksimum 350-yə qədər alman dövlət məmuru, o cümlədən mədəniyyət müəssisələrində və məktəblərdə çalışanlar Rusiyada qala bilər.

Burger onu da bildirib ki, Almaniya noyabr ayına qədər Rusiyadakı üç konsulluğunu da bağlamalı olacaq. Onun sözlərinə görə, Rusiyanın Berlindəki səfirliyinin və ilin sonundan sonra yalnız bir konsulluğunun fəaliyyətini davam etdirməsinə icazə veriləcək.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net