Rusiya patron və gilizlərin ölkədən ixracına müvəqqəti qadağa qoydu
Tarix: 31-05-2023, 15:34 | Çap et
Rusiya patron və gilizlərin ölkədən ixracına müvəqqəti qadağa qoydu

Rusiyadan mülki və xidməti odlu silahlar üçün patronların, eləcə də müəyyən çaplı silahlar üçün patron gilizlərinin ixracı müvəqqəti olaraq qadağan edilib.

Bununla bağlı ölkənin Baş naziri Mixail Mişustin fərman imzalayıb.

“Qərar dövlətin maraqlarının müdafiəsini təmin etmək məqsədi daşıyır”, - deyə hökumət saytında qeyd edilib.

Həmçinin bildirilib ki, qadağa ordu, digər qoşunlar və hərbi birləşmələr üçün lazım olan mərmilərə şamil edilmir.

RBC.ru




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net