“Tesla” dünyanın ən çox satılan avtomobili oldu
Tarix: 27-05-2023, 10:38 | Çap et


2023-cü ilin birinci rübündə dünyada ən çox satılan avtomobillərin reytinqi tərtib edilib. Ən populyar avtomobillərin ilk beşliyində birinci yeri “Tesla Model Y” elektromobili tutub.

Bu barədə “JATO Dynamics” agentliyinin məlumatında qeyd olunub.

Ümumilikdə, 2023-cü ilin birinci rübündə ABŞ avtomobil şirkəti 267,2 min elektrik krossoveri satıb.

Bildirilir ki, avtomobil xüsusilə Avropa İttifaqı ölkələrinin sakinləri arasında populyardır.


Maraqlıdır ki, reytinqin digər dörd mövqeyini Yaponiya istehsalçısı “Toyota”nın modelləri – “Toyota Corolla”, “Toyota Hilux”, “Toyota RAV4” və “Toyota Camry” tutur.

Mənbə: İzvestiya




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net