Peskov: "Rusiya Ukraynadakı münaqişənin dondurulmasına qarşıdır"
Tarix: 24-05-2023, 10:23 | Çap et


Rusiya Ukraynadakı münaqişənin dondurulmasına qarşıdır.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya Ukrayna qarşısında qoyduğu məqsədlərə ya hərbi əməliyyatlarla, ya da digər vasitələrlə nail olacaq.

Kremlin sözçüsü bildirib ki, Rusiya Qərblə həmrəydir və Ukraynadakı münaqişənin dondurulmasına imkan verilməməlidir.

"Hələlik sülh yolu ilə nizamlanma üçün açıq şəkildə heç bir ilkin şərt yoxdur. Xüsusi hərbi əməliyyat davam edir", - deyə Peskov bildirib.

Onun sözlərinə görə, hazırda Kiyevlə danışıqlar çətin ki, müzakirə olunar.

Peskov deyib ki, Rusiya ilə hər hansı danışıq Ukraynanın özü tərəfindən qadağandır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net