Rusiya rəsmi şəkildə Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etdi - FOTO
Tarix: 15-05-2023, 13:56 | Çap et
Rusiya rəsmi şəkildə Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etdi - FOTO

Rusiya Prezidenti Vladimir Putinin Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi ilə bağlı fərmanı qüvvəyə minib.

Bunu hüquqi informasiyanın rəsmi internet portalında dərc olunan sənəd sübut edir.

İndi Rusiyaya 90 günə qədər müddət ərzində gələn Gürcüstan vətəndaşlarının artıq viza üçün müraciət etməsinə ehtiyac yoxdur.

Eyni zamanda Rusiya Federasiyasına təhsil almaq və ya işləmək məqsədilə gələn Gürcüstan vətəndaşları, habelə ölkədə 90 gündən artıq qalmaq niyyətində olanlar Rusiya vizası almalı olacaqlar.

Xatırladaq ki, mayın 10-da Rusiya Prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi haqqında fərman imzalayıb.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net