Zelenski Britaniyaya səfər etdi
Tarix: 15-05-2023, 13:44 | Çap et
Zelenski Britaniyaya səfər etdi

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də Londona səfər edib.

Zelenski bu barədə öz “Telegram” kanalında məlumat verib.

Səfər çərçivəsində Zelenskinin Britaniya Baş naziri Rişi Sunakla görüşü və təkbətək danışıqlar aparması planlaşdırılır. Həmçinin nümayəndə heyətləri ilə də görüş nəzərdə tutulur.

“Bizim imkanlarımızın yerdə və göydə genişləndirilməsindən danışsaq, Böyük Britaniya liderdir. Bu gün bu əməkdaşlıq davam etdiriləcək”, - deyə o qeyd edib.

Prezident Ofisinin rəhbəri Andrey Yermakın sözlərinə görə, onlar Ukraynanın müdafiəsinin gücləndirilməsi və NATO-da hərəkata dəstək verilməsi üzərində çalışacaqlar.

NV.ua




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net