Cənubi Koreya koronavirusla bağlı bütün icbari tədbirləri aradan qaldırır
Tarix: 12-05-2023, 10:47 | Çap et
Cənubi Koreya koronavirusla bağlı bütün icbari tədbirləri aradan qaldırır

Cənubi Koreyada koronavirusun yayılması ilə əlaqədar tətbiq edilən bütün icbari tədbirlər, o cümlədən məcburi təcrid iyunun 11-dən götürüləcək.

Bu barədə dövlət başçısı Yun Sok Yol elan edib.

“Xəstəxanalar istisna olmaqla, bütün yerlərdə maska ​​taxmaq tələbinin ləğv edilməsi qərara alınıb”, - deyə prezident əlavə edib.

Həmçinin qeyd olunur ki, məcburi yeddigünlük təcrid beşgünlük karantinlə əvəz olunacaq və bu, həkimlər tərəfindən tövsiyə kimi təyin ediləcək.

Mənbə: Yonhap




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net