G7 ölkələri Səudiyyə Ərəbistanı ilə İranın yaxınlaşmasına münasibət bildiriblər
Tarix: 18-04-2023, 09:55 | Çap et


G7 ölkələri Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərin normallaşmasını alqışlayıblar.

Bu barədə Böyük yeddilik ölkələrinin XİN başçılarının birgə bəyanatında deyilib.

“Biz ölkələr arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına və regionda gərginliyin azaldılmasına yönəlmiş təşəbbüsləri, o cümlədən İran və Səudiyyə Ərəbistanı arasında əlaqələrin bərpasına dair son razılaşmanı alqışlayırıq”, - deyə sənəddə qeyd olunub.

Məlumat üçün qeyd edək ki, G7 ölkələrinin (ABŞ, Birləşmiş Krallıq, Fransa, Almaniya, Kanada, İtaliya və Yaponiya) xarici işlər nazirlərinin builki görüşünə Yaponiya ev sahibliyi edir.

TASS




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net