Şimali Koreya kiçik atom bombası yaratdığını iddia edir
Tarix: 21-05-2015, 09:26 | Çap et
Şimali Koreya kiçik atom bombası yaratdığını iddia edir
Şimali Koreya miniatür, kiçik atom bombası yaratdığını bəyan edib.

Bu barədə dövlət televiziyası məlumat yayıb.

Aparıcı Dövlət Müdafiə Komitəsinin pres-relizini oxuyub.

Sənəddə ölkədə kiçik bomba yaradıldığı və bunun böyük nailiyyət olduğu bildirilir.

Bundan əvvəl Şimali Koreyanın suyun altında balistik raketin sınağını keçirdiyi bildirilmişdi.

ABŞ bu sınağın nüvə silahlarının yayılmaması ilə bağlı rejimə təhlükə olduğunu bəyan edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net