“Əl-Cəzirə”: “Peykdən çəkilmiş görüntülərə əsasən Ukraynanı Krım uğrunda çətin döyüş gözləyir” - FOTO
Tarix: 11-04-2023, 09:40 | Çap et
“Əl-Cəzirə”: “Peykdən çəkilmiş görüntülərə əsasən Ukraynanı Krım uğrunda çətin döyüş gözləyir” - FOTO

“Ukrayna Silahlı Qüvvələrinin Krım uğrunda əks-hücuma keçmək və döyüşə başlamaq üçün istənilən cəhdləri ağır nəticələrə gətirib çıxaracaq”.

Bu qənaətə “Əl-Cəzirə” telekanalının jurnalistləri peykdən çəkilmiş görüntüləri təhlil etdikdən sonra gəliblər.

Ekspertlər Kiyevin ciddi çətinliklərlə üzləşəcəyini proqnozlaşdırırlar. Belə ki, Rusiya qoşunları aktiv şəkildə yarımadanın müdafiəsi ilə məşğuldurlar. Onların qazdıqları müdafiə istehkamlarını keçmək isə asan olmayacaq.

Fotomaterialların tədqiqi göstərib ki, fevral-mart aylarında respublikanın və ətraf rayonların sərhədləri tam şəkildə möhkəmləndirilmiş baryerə çevrilib. Xüsusilə hazırda Krımın sərhəd kəndlərindən keçən geniş səngərlər şəbəkəsi qurulub, bir neçə mühüm hərbi bazaların əraziləri genişləndirilib.



Lenta.ru




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net