Fransalı siyasətçi ölkədə sosial partlayış baş verəcəyini dedi: “Yaxın günlərdə insanların qəzəbi…”
Tarix: 7-04-2023, 22:33 | Çap et
Fransalı siyasətçi ölkədə sosial partlayış baş verəcəyini dedi: “Yaxın günlərdə insanların qəzəbi…”

“Fransada pensiya islahatı ilə bağlı sosial partlayış baş verəcək”.

Bu barədə Fransanın “Sarı jiletli vətəndaşlar” assosiasiyasının banisi Tyeri-Pol Valet bildirib.

Valet Fransada pensiya islahatı ilə bağlı vəziyyətin partlayış yaradacağını qeyd edib. Onun təxminlərinə görə, böhran yaxın günlərdə və ya həftələrdə pik nöqtəsinə çatacaq. Tyeri-Pol Valet, həmçinin nümayişçilərin sayının azalmasının müvəqqəti olduğunu vurğulayıb.

“Fransa Prezidenti Emmanuel Makron hər zaman hər kəsi təhrik edir. O, insanları təhrik etmədən dayana bilmir. Emmanuel Makron çətin sosial kontekstə baxmayaraq bu islahatların keçirilməsinə davam edəcək. İnsanların qəzəbi isə daha da artacaq. Etiraz hərəkatı bir-iki həftəyə bitmir”, - deyə o, fikrini yekunlaşdırıb.

Lenta.ru




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net