Rusiyanın hipersəsli raketdaşıyıcı freqatı Səudiyyə Ərəbistanı limanına daxil oldu - FOTO
Tarix: 6-04-2023, 10:47 | Çap et
Rusiyanın hipersəsli raketdaşıyıcı freqatı Səudiyyə Ərəbistanı limanına daxil oldu - FOTO

“Zirkon” hipersəs raketlərinin daşıyıcısı olan Rusiyanın “Admiral Qorşkov” freqatı son 10 ildə ilk dəfə Səudiyyə Ərəbistanının Ciddə limanına daxil olub.

Bu barədə Rusiya Qərb Hərbi Dairəsinin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, “Admiral Qorşkov”la yanaşı Şimal Donanmasının digər gəmiləri, o cümlədən “Kama” orta dəniz tankeri də limana daxil olub.

Qeyd edilib ki, gəmilər limanda yanacaqlar, şirin su, ərzaq ehtiyatlarını dolduracaq, daha sonra uzun məsafəli səfərlərinə davam edəcəklər.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net