Ərdoğan zəlzələdə dağılan binalara görə həbs olunanların sayını açıqladı
Tarix: 22-03-2023, 23:35 | Çap et
Ərdoğan zəlzələdə dağılan binalara görə həbs olunanların sayını açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı canlı televiziya proqramında gündəmlə bağlı mühüm açıqlamalar verib.

O bildirib ki, zəlzələ nəticəsində 100 mindən çox insan yaralanıb.

Dövlət başçısı təbii fəlakət nəticəsində dağılan evlərlə bağlı aparılan araşdırmaların nəticələrinə toxunub. Prezident artıq 302 nəfərin həbs edildiyini deyib.

“Zəlzələdə dağılan binalara görə məsuliyyət daşıyan 1364 şübhəli barəsində cinayət işi başlanıb. Onlardan 302 şübhəli həbs edilib. 312 nəfər haqqında həbs qərarı verilib. Şübhəlilərdən 64-nün öldüyü müəyyən edilib”, - Ərdoğan qeyd edib.

Haber Global




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net