Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 49 min 600 nəfərə çatıb.
Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay bildirib.
Onun sözlərinə görə, ölənlərdən 6800-ü əcnəbidir.
Xatırladaq ki, fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş şəhəri olan 7,7 və 7,6 maqnitudalı iki zəlzələ olub.