Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrində 309 min yeni ev tikiləcək
Tarix: 7-03-2023, 23:04 | Çap et
Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrində 309 min yeni ev tikiləcək

Türkiyə hökuməti ölkənin fevral ayında dağıdıcı zəlzələlərdən zərər çəkmiş cənub-şərqindəki 11 əyalətdə iki ay ərzində 309 min yeni evin tikintisinə başlayacaq.

Bu barədə çərşənbə axşamı Malatya vilayətində Türkiyənin ekologiya və şəhərsalma naziri Murat Kurum məlumat verib.

Onun sözlərinə görə, zəlzələlərdən sonra 1 milyon 712 min bina yoxlanılıb, onlardan 232 632-si söküləcək və ya yaşayış üçün yararsız hesab ediləcək. Kurumun sözlərinə görə, binaların yoxlanışı indiyədək beş əyalətdə tamamlanıb.

Qeyd edək ki, hazırda zəlzələ baş verən ərazilərdə yerli sakinlərin müvəqqəti yerləşdirilməsi üçün konteyner şəhərcikləri tikilir.

Mənbə: TASS




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net