“Taliban” muzeylərin fəaliyyətinə icazə verib - FOTO
Tarix: 5-03-2023, 10:10 | Çap et
“Taliban” muzeylərin fəaliyyətinə icazə verib - FOTO

Əfqanıstanda siyasi hakimiyyətə yiyələnən “Taliban” hərəkatı Əfqanıstanın Qor əyalətinin mərkəzi olan Çağçaran şəhərində tarixi eksponatlar muzeyinin yaradılmasına icazə verib.

Qor əyalətində yerləşən yerli mədəniyyət və informasiya şöbəsindən bildirilib ki, hazırda muzeydə Qəznəvilər (961-1186) və Qurilər (1148-1215) dövrlərinə aid 169 eksponatı var.

Qeyd olunur ki, əvvəllər qədim əşyalar sadəcə müxtəlif ərazilərdəki anbarlarda saxlanılırdısa, indi Çağçaranda bir muzeyin damı altında toplanıb.

Qeyd edək ki, 1996-2001-ci illərdə Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban” hərəkatı indikindən fərqli olaraq muzeylərin fəaliyyətini qadağan etmiş, tarixi eksponatları isə İslam prinsiplərə zidd olduğunu iddia edərək onları məhv etməklə məşğul olmuşdu.










Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net