ABŞ generalları ukraynalılara Almaniyada təlim keçirlər
Tarix: 3-03-2023, 10:15 | Çap et
ABŞ generalları ukraynalılara Almaniyada təlim keçirlər

ABŞ Almaniyada ukraynalı hərbçilərə təlim keçir.

Mənbə iddia edir ki, təlimlər döyüş meydanında müharibənin planlaşdırması istiqamətində həyata keçirilən taktiki təlimlərlə əlaqədardır.

Təlimlər Birləşmiş Ştatların Almaniyanın Visbaden şəhərində yerləşən hərbi bazasında keçirilir.

Xəbərdə qeyd olunur ki, ötən gün təlimləri ABŞ ordusunda yüksək vəzifə tutan ordu generalı Mark Milley də izləyib.

Öz növbəsində ABŞ ordusunun Avropadakı komandanı general Derril Uilyams təlimdə iştirak edən Ukrayna hərbçilərin hazırlığını yüksək qiymətləndirib.

Mənbə: Reuters




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net