Fevralın 18-i səhər saatlarından etibarən Rusiya Silahlı Qüvvələri əsas səylərini Kupyansk, Limansk, Baxmut, Avdeyevsk və Miner istiqamətlərində hücum əməliyyatları keçirmək üçün cəmləyir.
Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
“Eyni zamanda, Ukrayna əsgərləri Luqansk, Donetsk və Xarkov vilayətlərinin 20 yaşayış məntəqəsində Rusiya Federasiyasının hücumlarını dəf edib”, - məlumatda deyilir.