Çin koronavirusa qalib gəldiyini elan edib
Tarix: 18-02-2023, 10:27 | Çap et


Çin rəsmiləri COVID-19 üzərində "həlledici qələbə" qazandıqlarını elan etdilər.

APA-nın xəbərinə görə, bu barədə “Reuters“ yazır.

Çinin siyasi bürosunun bəyanatında deyilir: "Epidemiyanın qarşısının alınması və profilaktikasında həlledici qələbə əldə edilib".

Eyni zamanda çinlilərə xəbərdarlıq edilib ki, vəziyyət yaxşılaşsa da, virus hələ də bütün dünyaya yayılır və mutasiyaya uğrayır.

Ölkədə yaşlılar üçün koronavirusa qarşı peyvənd səviyyəsinin artırılacağı bildirilir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net