Pakistanda “Wikipedia”ya giriş bloklanıb
Tarix: 4-02-2023, 22:55 | Çap et


Pakistanda “Wikipedia” onlayn ensiklopediyasına giriş bloklanıb.

Yerli mətbuat yazır ki, Pakistan Telekommunikasiya İdarəsi “Wikipedia”ya dinə aid “əxlaqsız” məzmunlu informasiyanı bloklamaq və ya silmək üçün 48 saat vaxt vermiş, əks halda sayta girişin məhdudlaşdırılacağını bildirmişdi.

Lakin Pakistan Telekommunikasiya İdarəsi konkret hansı məzmunlu informasiyadan söhbət getdiyini də açıqlamamışdı.

Qeyd edək ki, Pakistan qanunvericiliyinə əsasən, İslamı təhqir etməkdə təqsirli bilinən şəxslər üçün ölüm cəzasının tətbiqi istisna edilmir.

Mənbə: Rtvi




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net