Hazırda Ukraynada 326 min Rusiya hərbçisi döyüşür.
Vertikal.az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov “The Washington Post“a müsahibəsində deyib.
O, bildirib ki, Rusiyanın uzaqmənzilli “Kalibr” raket ehtiyatının cəmi 9 faizi qalır.