Ukrayna Təhlükəsizlik Şurası: “Rusiya yeni hücuma hazırlaşır”
Tarix: 28-01-2023, 11:32 | Çap et


“Rusiya fevralın 24-nə kimi Ukraynaya yeni hücuma hazırlaşır”.

Musavat.com UNIAN agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oleksiy Danilov deyib.

Danilov bildirib ki, Rusiya müharibənin ildönümünə qədər müəyyən nailiyyətlər əldə etməyə çalışacaq cə Rusiya cəbhənin müxtəlif istiqamətlərində uğurlar əldə etməyə səy göstərəcək: "Onların əsas məqsədi Luqansk və Donetsk vilayətlərinin sərhədlərinə çıxmaqdır. Qarşı tərəf artıq bir həftədir ki, Zaporojye istiqamətində yeni qoşun toplayır”.

Sədr qeyd edib ki, Rusiyanın müharibədə qəlıəbə qazanmaq şansı çox azdır: “Bunu düşmən özü də bilir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net