Makron Ukraynaya tank verilməsinin şərtlərini açıqlayıb
Tarix: 22-01-2023, 22:46 | Çap et


Ukraynaya “Leclerc” tanklarının verilməsi istisna olunmur.

Vertikal.az APA-ya istinadən bildirir ki, bunu Fransa prezidenti Emmanuel Makron Parisdə Almaniya Kansleri Olaf Şoltsla birgə mətbuat konfransında bildirib.

““Leclerc” tanklarına gəldikdə deməliyəm ki, bu məsələ üzərində işləməyi müdafiə nazirinə tapşırmışam. Heç nə istisna deyil” – deyə Makron qeyd edib.

Fransa prezidenti bildirib ki, Kiyevə tanklar 3 şərtlə verilə bilər. Tankların verilməsi eskalasiyaya səbəb olmamalı, Ukraynanın müdafiə qüdrətini real şəkildə artırmalı və eyni zamanda Fransanın müdafiə qabiliyyətini aşağı salmamalıdır.

Öz növbəsində Almaniya kansleri bildirib ki, tərəflər Ukraynaya böyük maddi və humanitar dəstək göstərib, həmçinin silahla təchiz ediblər.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net