Ukraynadakı müharibədə indiyə qədər 453 uşaq həlak olub
Tarix: 13-01-2023, 12:22 | Çap et


Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində indiyə qədər 453 uşaq ölüb, 880 uşaq yaralanıb.
Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun "Telegram" hesabında məlumat verilib.
"Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1333-dən çox uşaq zərər görüb. 2023-cü il yanvarın 13-də səhər saatlarına olan məlumata görə, gündəlik qurbanların rəsmi sayı 453-dür, xəsarət alanların sayı isə 880-dir”, - məlumatda deyilir.
Baş Prokurorluq bildirib ki, bu yekun rəqəm deyil, müvəqqəti işğal altında olan ərazilər və döyüşlərin intensiv getdiyi ərazilərdən məlumat əldə etmək mümkün deyil.
"Rusiya silahlı qüvvələrinin bombardmanları və top atəşləri nəticəsində 3126 təhsil müəssisəsi zərər görüb. Onlardan 337-si tamamilə məhv edilib".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net