Bloomberg: “ABŞ Ukraynaya Rusiya ərazisinə zərbə endirməmək şərtilə silah ötürür”
Tarix: 8-01-2023, 23:11 | Çap et
Bloomberg: “ABŞ Ukraynaya Rusiya ərazisinə zərbə endirməmək şərtilə silah ötürür”

Amerikalı jurnalist Andreas Klut “Bloomberg”dəki köşə yazısında bildirib ki, Ukraynaya yeni silahların təhvil verilməsi ölkə ordusunun Qərbin Rusiya kimi tanıdığı ərazilərə zərbə endirməməsi şərtinə bağlıdır.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirmək üçün xarici silahlardan istifadə edə bilməz, çünki bu, genişmiqyaslı münaqişəyə gətirib çıxara bilər.

“Rusiyanın nüvə doktrinasına görə, ölkə ərazisinə zərbə Kremlin qırmızı xəttini keçmək deməkdir”, - köşə yazarı bildirib.

Qeyd edək ki, sonuncu dəfə bugünlərdə ABŞ Ukraynaya 3 milyard dollarlıq yeni hərbi yardım paketinin ayrıldığını elan edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net