Putin neftin tavan qiymətinə Rusiyanın cavab tədbirlərini təsdiq etdi
Tarix: 27-12-2022, 23:30 | Çap et
Putin neftin tavan qiymətinə Rusiyanın cavab tədbirlərini təsdiq etdi

Rusiya prezidenti Vladimir Putin bəzi ölkələr tərəfindən Rusiya neft məhsulları və neftinin maksimal qiymətinin müəyyən edilməsi ilə əlaqədar xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında fərman imzalayıb.

Çərşənbə axşamı dərc edilən sənəddə qeyd edildiyi kimi, bu tədbirlər “ABŞ-ın və onlara qoşulmuş xarici dövlətlərin və beynəlxalq təşkilatların qeyri-dost və beynəlxalq hüquqa zidd hərəkətləri ilə əlaqədar” Rusiya Federasiyasının milli maraqlarını qorumaq məqsədilə tətbiq edilir.

Sənəd fevralın 1-dən qüvvəyə minir və 2023-cü il iyulun 1-dək qüvvədədir.

Sənəddə müqavilələrdə qiymət həddi müəyyən edənlərə Rusiya Federasiyasından neft və neft məhsullarının tədarükünə qadağa qoyulub. Putin həmçinin müqavilədə qiymət həddi mexanizmindən istifadə ediləcəyi təqdirdə neftin xarici alıcılara tədarükünü qadağan edib.

Rusiya neftinin və neft məhsullarının tavan qiymət tətbiq edən ölkələrə çatdırılması yalnız Rusiya Federasiyası prezidentinin xüsusi qərarı əsasında mümkün olacaq.

Rusiya Energetika Nazirliyinə sərəncamın icrasına mütəmadi olaraq nəzarət etmək tapşırılıb.

TASS




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net