Çinin Milli Səhiyyə Komissiyası COVID-19 ilə bağlı gündəlik məlumatları dərc etməyi dayandırır
Tarix: 25-12-2022, 13:51 | Çap et


Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi dekabrın 25-dən ölkədə koronavirus və yeni infeksiyaların yayılması ilə bağlı məlumatların dərcini dayandırıb.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə agentliyin bazar günü yaydığı bəyanatda məlumat verilib.

Bəyanatda deyilir: "Bundan sonra yeni yoluxma halları ilə bağlı gündəlik məlumatları dərc etməyəcəyik".

Müvafiq məlumatların dərci ilə bağlı məsələlərin artıq Çinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi tərəfindən həll ediləcəyi bildirilir.

Qeyd edək ki, dekabr ayında Çin hakimiyyəti anti-COVID məhdudiyyətlərini əhəmiyyətli dərəcədə yüngülləşdirdi, bundan sonra ölkədə koronavirusa kütləvi yoluxma baş verdi. Bir çox yoluxmuş insanlar ev şəraitində müalicə olunur və rəsmi statistikaya daxil edilmir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net