Putin: “Nüvə üçlüyü”nü inkişaf etdirməyə davam edəcəyik
Tarix: 21-12-2022, 16:17 | Çap et


Rusiya “nüvə üçlüyü”nü inkişaf etdirməyə davam edəcək.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında çıxışında bildirib.

"Bu, suverenliyimizin və ərazi bütövlüyümüzün qorunub saxlanmasının əsas təminatıdır”, deyə Rusiya Prezidenti vurğulayıb.

Putin deyib ki, "Sarmat" qitələrarası balistik raketin döyüş hazırlığına salınması gecikir, lakin bu, planların həyata keçirilməsinə təsir etməyəcək. O, "Sarmat" raketlərinin yaxın vaxtlarda döyüş növbəsinə gətiriləcəyini bildirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net