10 aydır Ukraynada qalan Türkiyəyə məxsus 2 təyyarə geri qayıdır
Tarix: 20-12-2022, 19:41 | Çap et


Türkiyəyə məxsus 2 ədəd A400M təyyarəsi Ukraynadan qayıdır.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, humanitar yardım aparan və Türkiyə vətəndaşlarını təxliyə etmək məqsədi ilə Ukraynaya gedən, lakin hava məkanının qapadılması səbəbindən Borispol aeroportunda qalan 2 ədəd A400M təyyarəsi Kayseriyə qayıdır.

Qeyd edək ki, təyyarələr fevralın 23-dən bəri Ukraynadadır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net