NATO: İranı Rusiyanın müharibəsinə verdiyi bütün dəstəyi dərhal dayandırmağa çağırırıq
Tarix: 19-12-2022, 16:52 | Çap et


Rusiya Ukraynaya daha çox ölüm gətirmək üçün İran istehsalı olan dronlardan istifadə edir. Bu, qəbuledilməzdir.

Vertikal.az bildirir ki, bunu APA-ya müsahibəsində NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina deyib.

O qeyd edib ki, Rusiyanın silah-sursatı tükənir: “Biz bilirik ki, Rusiyanın silah-sursatı tükənir. Elə buna görə də onlar daha çox silah əldə etmək üçün məsələn, İrana müraciət ediblər. Beləliklə, Rusiya Ukraynaya daha çox ölüm gətirmək üçün İran istehsalı olan dronlardan istifadə edir. Bu, qəbuledilməzdir. Heç bir ölkə Rusiyaya amansız və qeyri-qanuni işğalçılıq müharibəsini davam etdirməyə kömək etməməlidir. Biz İranı Rusiyanın müharibəsinə verdiyi bütün dəstəyini dərhal dayandırmağa çağırırıq”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net