Türkiyə gündəlik neft hasilatını 100 min barelə çatdırmağı planlaşdırır
Tarix: 12-12-2022, 16:14 | Çap et


Türkiyə 2023-cü ildə gündəlik neft hasilatını 100 min barelə çatdırmağı planlaşdırır.

Vertikal.az “APA-Economics”-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Qara dənizdə 540 mlrd. kubmetr təbii qaz ehtiyyatlarının kəşfi ilə, energetika sahəsində Türkiyə üçün yeni dönəm başlayıb.

“Biz heç kimin köməyinə ehtiyac duymadan neft və təbii qaz kəşfiyyatımızı sərhədlərimiz daxilində və xaricində apara bilirik. Qara dəniz qazını milli sistemimizə daxil etmək üçün səylərimiz davam edərkən, son vaxtlar müxtəlif vilayətlərdən neftlə bağlı xoş xəbərlər gəlməkdədir. Gələn il yerli neft hasilatımızı gündəlik 100 min barelə çatdırmağı planlaşdırırıq”, - Türkiyə Prezidenti qeyd edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net