II Dünya müharibəsindən sonra ilk: Yaponiya döyüş təyyarələri Filippinə eniş etdi
Tarix: 7-12-2022, 13:33 | Çap et
II Dünya müharibəsindən sonra ilk: Yaponiya döyüş təyyarələri Filippinə eniş etdi

Yaponiya Asiya-Sakit okean regionunda hərbi təsirini artıran Çinə qarşı qonşu ölkələrlə müdafiə sahəsində əməkdaşlıq imkanları axtarır.

Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin (ASDF) bəyanatına görə, ASDF və Filippin Hərbi Hava Qüvvələri (PAF) müdafiə sahəsində əməkdaşlığı və koordinasiyanı artırırlar.

ASDF-yə aid iki “F-15” qırıcısı Filippinin paytaxtı Manilanın şimal-qərbindəki Malabakat şəhərindəki Klark hava bazasına eniş edib.

Döyüş təyyarələrini yanacaqdolduran və daşıyan təyyarələr müşayiət edib.

II Dünya müharibəsi zamanı Yaponiya imperiyası Filippini üç ildən çox işğal altında saxlayıb.

Mənbə: Kyodo[right][/right]




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net