Polşanın Belarus və Rusiya ilə həmsərhəd ərazilərində keçirilən Tumak 22 təlimlərində 2 mindən çox NATO hərbçisi iştirak edib.
Vertikal.az APA-ya istinadən bildirir ki, bu barədə Ukrinform məlumat yayıb.
Təlimdə polşalılarla yanaşı amerikalı, rumıniyalı və xorvat hərbçilıər iştirak ediblər. Manevrlər zamanı su maneələrinin keçilməsi, hücumun dəf edilməsi və əks-hücum əməliyyatları məşq edilib. Təlimə minədək hərbi texnika cəlb olunub.