G20 ölkələri Rusiyadan Ukrayna ərazilərini qeyd-şərtsiz tərk etməyi tələb edir
Tarix: 16-11-2022, 12:41 | Çap et


G20 ölkələrinin Bali sammitinin yekun bəyannaməsində Rusiyanın Ukraynaya təcavüzü qınanılıb.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, bəyanatın əsas gündəliyində üzv ölkə olan Rusiyanın qınanılması yer alıb.

Sənəddə üzv ölkələrin milli mövqeyinin BMT-nin müvafiq qətnaməsinə uğun olduğu, Rusiyanın Ukraynaya təcavüzündən ən sərt şəkildə təəssüfləndiyi vurğulanıb və Rusiyanın Ukrayna ərazisindən tam və qeyd-şərtsiz çıxması tələb edilib.

Həmçinin müharibənin qlobal iqtisadiyyatdakı mövcud həssaslıqları daha da böyütdüyü, iqtisadi böyüməni məhdudlaşdırdığı, inflyasiyanı artırdığı, tədarük zəncirlərini dağıtdığı, enerji qiymətlərini artırdığı, qida təhlükəsizliyi problemi yaratdığı və maliyyə stabilliyi riskini artırdığı qeyd olunub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net