Ukrayna Prezidenti Vladimir Zelenski yeni azad olunmuş Xersona səfər edib.
Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
“Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın cənubundakı Xerson vilayətinin Rusiyanın nəzarətindən yenicə azad edilmiş Xerson şəhərinə səfər edir”, - "Reuters"in məlumatında qeyd olunub.
Ukraynanın Avstriyadakı keçmiş səfiri Aleksandr Şerba da "Twitter" hesabında Prezident Zelenskinin Xersona gəldiyini bildirib.
Xatırladaq ki, noyabrın 11-də Rusiya qoşunları Xersondan geri çəkilib.
[media=https://www.youtube.com/shorts/MqHmeyJ560s?feature=share]