Rusiya qoşunları Xerson şəhərini tərk edib
Tarix: 11-11-2022, 14:56 | Çap et


Rusiya qoşunlarının Dnepr çayının sol sahilinə köçürülməsi başa çatıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu gün Moskva vaxtı ilə səhər saat 05-də Rusiya qoşunlarının Dnepr çayının sol sahilinə köçürülməsi başa çatıb.

“Dnepr çayının sol sahilinə köçürülmə zamanı sağ sahildə bir dənə də olsun hərbi texnika və silah saxlanılmayıb. Bütün Rusiya hərbçiləri sol sahilə köçürülüb, köçürülmə zamanı Rusiya qruplaşmasında şəxsi heyət, silah, texnika və material itkisi olmayıb” - Rusiya MN-in yaydığı məlumatda qeyd olunub.

Xatırladaq ki, Xerson vilayətinin mərkəzi olan Xerson şəhəri Dnepr çayının sağ sahilində yerləşirdi. Rusiya qoşunlarının çayın sol sahilinə keçməsi Xerson şəhərinin də tərk edilməsi anlamına gəlir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net