Xersonu tərk edən Rusiya ordusu telemərkəzi və enerji obyeklərini partladıb
Tarix: 10-11-2022, 23:48 | Çap et


Rusiya Ordusu Ukraynada ələ keçirdiyi yeganə vilayət mərkəzi olan Xerson şəhərini tərk edərkən dağıntılar törədiblər.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, onlar teleqüllə yaxınlığında yerləşən televiziya mərkəzini, qazanxanaları və enerji obyeklərini partladıblar.

Məlumata görə, hazırda rabitə ilə bağlı problemlər davam edir.

Yerli sakinlər bildirir ki, ruslar Xerson İncəsənət Muzeyindəki bütün qiymətli əşyaları götürüblər.

Binada 13 minə yaxın çox qiymətli əsər olub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net