Blinken Çin XİN rəhbəri ilə Ukraynanı müzakirə edib
Tarix: 31-10-2022, 11:00 | Çap et


ABŞ dövlət katibi Entoni Blinken və Çinin xarici işlər naziri Van İ arasında telefon danışığı olub.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində məlumat yayılıb.

Tərəflər telefon danışığı zamanı ABŞ-Çin münasibətlərini haqda danışıblar.

Blinken həmsöhbəti ilə Rusiya və Ukrayna arasındakı müharibəni, həmçinin bu müharibənin qlobal təhlükəsizlik və iqtisadi stabillik üçün yaratdığı təhlükələr barədə müzakirə aparıb.

Onlar həmçinin Haitidəki humanitar vəziyyətin pisləşməsini və Haiti xalqının dəstəklənməsi üçün koordinasiya olunmuş qarşılıqlı fəaliyyətin davam etdirilməsinə dair fikir mübadiləsi aparıblar.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net