Polis Seulda Hellouin bayramı şənlikləri zamanı şəhərin mərkəzindəki İtxevon küçəsində baş verən izdihamda ölən 151 nəfərdən 140-nın şəxsiyyətini müəyyənləşdirib.
Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə KBS məlumat yayıb.
Ölənlərin 97-si qadın və 54-ü kişidir ki, onların da əksəriyyəti 30 yaşdan aşağıdır. Koreya Respublikasının Prezidenti Yoon Seok Yeol ümummilli matəm elan edib.
Matəm noyabrın 5-dək davam edəcək.
Seulda Hellouin bayramı şənlikləri zamanı şəhərin mərkəzindəki İtxevon küçəsində baş verən izdiham nəticəsində 19-u əcnəbi olmaqla 151 nəfər ölüb.
APA xəbər veririr ki, bu barədə “News-1” agentliyi məlumat yayıb.
Hadisə qurbanları arasında Rusiya, İran, Çin, Norveç və Özbəkistan vətəndaşları da var.
Bildirilib ki, 82 yaralıdan 19-un vəziyyəti ağır qiymətləndirlir.
270 nəfərin taleyi barədə isə məlumat yoxdur.
YTN-nin məlumatına görə, izdiham adı açıqlanmayan məşhur pop müğənninin İtxovenn bölgəsində olması xəbəri ilə baş verib.
Bundan sonra bir çox insan ulduzun dincəldiyi hotelin yerləşdiyi dar xiyabana axışıb.
Cənubi Koreyada Hellouin bayramı münasibətilə Seulun mərkəzindəki izdihamda ölənlərin sayı 149-a çatıb.
APA xəbər verir ki, bu barədə YTN telekanalı məlumat yayıb.
Hadisə nəticəsində 150 nəfərin yaralandığı, 76 nəfərin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilib.
Məlumata görə, ölənlər arasında iki əcnəbi də var.
Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramı münasibətilə keçirilən izdihamlı tədbirdə ölənlərin sayı 146 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə "Associated Press"agentliyi məlumat yayıb.
Məlumata görə, 150 nəfər xəsarət alıb.
Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramı münasibətilə keçirilən izdihamlı tədbirdə 120 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Hadisə nəticəsində 100 nəfərin xəsarət aldığı bildirilir.
Prezident Yun Sok Yol və baş nazir Han Dok Su həkimləri lazımi yardım göstərməyə çağırıblar.
Hadisə ilə bağlı paytaxt meri O Se Xun Avropaya səfərini yarımçıq qoymaq qərarına gəlib.
Bundan əlavə, Yun Sok Yol hadisə ilə əlaqədar təcili iclas keçirib.
Polis şənbə günü əraziyə 100 minə yaxın insanın toplaşdığını təxmin edir.