Böyük Britaniya Parlamentində Baş nazir Trassın postda qalması sabah müzakirə olunacaq
Tarix: 16-10-2022, 10:03 | Çap et


Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının deputatları bazar ertəsi baş nazir Liz Trassın siyasi gələcəyini müzakirə etməyə hazırlaşırlar.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, “tori” fraksiyasının üzvlərinin çoxu liderin dəyişdirilməsinin zəruriliyini bəyan edir.

Hazırda nüfuzlu mühafizəkar parlamentarilər və keçmiş nazirlər arasında birlik yoxdur.

Onlardan bəziləri hesab edir ki, Trass təcili olaraq vəzifəsini tərk etməlidir, lakin bütün deputatlar baş nazirin istefasını fəal şəkildə tələb etməyə hazır deyillər.
Digərləri Trassın vəziyyətə çox az nəzarət etdiyini etiraf etsə də hakimiyyətdə qala biləcəyinə inanır.

İclasın təşkilatçıları arasında baş nazirlik uğrunda mübarizə aparan və Trassa məğlub olan keçmiş maliyyə naziri Rişi Sunakın müttəfiqləri də var.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net