Türkiyədə kömür mədənində qəzada 14 nəfər ölüb
Tarix: 15-10-2022, 00:10 | Çap et


Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində 14 nəfər həlak olub, 21 nəfər xəstəxanaya yerləşdirilib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə daxili işlər naziri Suleyman Soylu jurnalistlərə açıqlamasında bildirib.

Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Tvitterdə bildirib.

Nazir qeyd edib ki, hadisə yerinə 1 reanmobil, 31 TTY avtomobili və 149 nəfər tibb personalı cəlb edilib.

Türkiyənin Bartin vilayətində kömür mədənində 12 nəfər xilas edilib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, dağıntılar altında 35 nəfər qalıb.

Türkiyənin Bartin vilayətində kömür mədənində partlayışın ilkin səbəbi açıqlanıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Türkiyə Mədənlər Birliyinin sədri Hakan Yeşil transformator qəzasının partlayışa səbəb olduğunu bildirib.

O, partlayış baş verdiyi an mədəndə 100 işçinin olduğunu da qeyd edib.

Türkiyənin Bartin vilayətində kömür mədənində partlayış nəticəsində dağıntılar altında qalan 87 işçidən 11-i xilas edilib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Amasra rayonunun Bələdiyyə başçısı Recai Çakır jurnalistlərə açıqlamasında bildirib.

Enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu hadisə yerinə gedir.

Bartin vilayəti Respublika Baş Prokurorluğunda baş verən partlayış ilə bağlı istintaq başladılıb, 3 prokuror işə cəlb olunub.

Türkiyənin Bartin vilayətində daş kömür mədənində partlayış baş verib.

APA-nın NTV-yə istinadla xəbərinə görə, hadisə yerinə xilasedicilər cəlb edilib.

Partlayışın səbəbi hələ ki, məlum deyil.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net