Zelenski AŞPA-da Türkiyəyə təşəkkür edib
Tarix: 13-10-2022, 13:21 | Çap et


Ukrayna Prezidenti Vladimir Zelenski AŞPA-nın payız sessiyası zamanı videokonfrans vasitəsilə çıxış edib.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, o, çıxışında Ukraynaya dəstək olan ölkələrə təşəkkür edib, bu ölkələr sırasında Türkiyənin də adını çəkib.

Zelenski, “Azov” alayının hərbi əsirlərinin geri qaytarılmasında oynadığı rola görə Türkiyəyə minnətdarlığını bildirib.

Qeyd edək ki, ötən ay Zelenski Rusiyanın 215 məhbusu, o cümlədən ukraynalı sərhədçilər, polislər, hərbçilər və həmçinin “Azov” döyüşçülərini azad etdiyini açıqlamışdı. Əsir mübadiləsi Türkiyənin vasitəçiliyindən sonra, ciddi məxfiliklə aparılan danışıqlar nəticəsində aparılıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net