Aİ-nin texniki qrupu Azərbaycanla sərhəddə missiyanın yerləşdirilməsini müzakirə etmək üçün İrəvana gəlir
Tarix: 13-10-2022, 13:05 | Çap et


Avropa İttifaqından (Aİ) texniki qrup Ermənistan-Azərbaycan sərhədinə missiyanın yerləşdirilməsi məsələsini müzakirə etmək üçün İrəvana səfər edəcək.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyur Ovannisyan jurnalistlərə deyib.

Onun sözlərinə görə, texniki qrup Azərbaycanla sərhəddə Aİ missiyasının konkret yerlərini müzakirə etmək üçün bu gün Ermənistana gəlir.

“Bu məsələlər hələ müzakirə olunur. Bu gün Avropa İttifaqından texniki qrup gələcək, qrup sizin qeyd etdiyiniz məsələləri və Aİ-nin faktaraşdırıcı missiyasının hansı meyarlara uyğun yerləşdirilməli olduğunu müzakirə edəcək”, - Ermənistan XİN başçısının müavini jurnalistlərin Aİ missiyasının nə zaman gələcəyi və hansı nöqtələrdə yerləşdiriləcəyi ilə bağlı sualı cavablandırarkən qeyd edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net