Zelenski: Müharibə Rusiya Ukraynanın ərazi bütövlüyünü tanıyanda bitəcək
Tarix: 13-10-2022, 13:03 | Çap et


Ukrayna Prezidenti Vladimir Zelenski AŞPA-nın payız sessiyası zamanı videokonfrans vasitəsilə çıxış edib.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, o, çıxışında Rusiyanın Ukraynaya qarşı hücumunun artıq 232 gündür davam etdiyini xatırladıb.

“2019-cu ildə mən prezident seçiləndə Ukraynanın Rusiyaya görə Avropa Şurası ilə çətin münasibətləri var idi. Rusiya öz hücumlarını başlayanda siz Rusiyanı Avropa Şurasından çıxardınız, Rusiyaya qarşı qınayıcı qətnamələr qəbul etdiniz. Biz Avropa ilə dialoqa girə bilmişik, birlikdə sanksiyalarla Rusiyanı cəzalandırırıq. Avropa heç vaxt bu qədər güclü olmamışdı”, - Zelenski çıxışında bildirib.

Onun sözlərinə görə, Ukrayna avropalı tərəfdaşları ilə dialoqa davam etməlidir ki, Rusiya hər şeyini itirsin və sülhün əhəmiyyətini başa düşsün.

Ukrayna Prezidenti qeyd edib ki, buna görə də Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyalar böyük əhəmiyyət daşıyır: “Biz bu il gördük ki, Rusiya dialoqu rədd edir. Onların danışdığı dil terror dilidir. Biz Ukraynanı və bəşəriyyəti qorumaq üçün sülhün, dialoqun tərəfdarıyıq. Bizim ərazi bütövlüyümüz tanınanda, Ukrayna torpaqlarına sülh geri qayıdanda müharibə də bitəcək”.

Ukrayna liderinin çıxışı AŞPA-dakı parlamentarilər tərəfindən ayaqda alqışlanıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net