Avropa Komissiyası qazın qiymətini təhlükəsiz səviyyəyə endirmək planını təqdim edəcək
Tarix: 10-10-2022, 12:37 | Çap et


Avropa Komissiyası (AK) yaxın iki həftə ərzində qazın qiymətinin müəyyən səviyyəyə endirilməsi planını təqdim etmək niyyətindədir.

“APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.

Məlumata görə, planın məqsədi Avropa İttifaqında qazın qiymətini müəyyən səviyyəyə endirməkdir ki, bu, tədarük üçün təhlükə yaratmasın.

"Yaxın iki həftə ərzində biz enerji qiymətlərinin və elektrik enerjisinin qiymətlərini necə ram etmək barədə təkliflərlə çıxış edəcəyik. Məqsəd təchizatın təhlükəsizliyinə xələl gətirmədən qiyməti müəyyən səviyyəyə endirmək olacaq", - Ursula fon der Leyen qeyd edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net