Zalujnı: Rusiya Ukraynaya 75 raket atıb, 41-i zərərsizləşdirilib
Tarix: 10-10-2022, 12:32 | Çap et


Bu gün Ukraynanın müxtəlif şəhərlərinə Rusiya tərəfindən 75 raket atılıb.

APA xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeriy Zalujnı "Twitter" səhifəsində bu barədə yazıb.

O əlavə edib ki, atılan raketlərdən 41-i zərərsizləşdirilib.

Zalujnı əhalini sığınacaqlarda qalmağa çağırıb: “Rusiya Ukrayna ərazisinə genişmiqyaslı raket və aviasiya zərbələri endirir. Ukrayna ordusu vətəndaşları qorumaq üçün bütün mümkün addımları atır”.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net