KTMT-nin “Sarsılmaz Qardaşlıq – 2022” komanda-qərargah təlimi ləğv olunub
Tarix: 9-10-2022, 13:27 | Çap et


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 10-14 oktyabr tarixlərində Qırğızıstanda keçirilməsi planlaşdırılan “Sarsılmaz Qardaşlıq – 2022” komanda-qərargah təlimi ləğv olunub

Vertikal.az APA-ya istinadən bildirir ki, bu barədə Qırğızıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla bağlı Qırğızıstan Müdafiə Nazirliyi müvafiq qərar qəbul edib.

“Sarsılmaz Qardaşlıq – 2022” komanda-qərargah təliminin ləğvinin səbəbi açıqlanmayıb. “Sarsılmaz Qardaşlıq – 2022” çərçivəsində sülhməramlı əməliyyatının keçirilməsi və atəşkəs rejiminin təmin edilməsinə dair təlimlərin keçirilməsi nəzərdə tutulmuşdu. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistandan və Ermənistandan təlimlərdə 6,5 mindən çox hərbçinin iştirak etməsi, 850-dən çox hərbi texnika, o cümlədən hərbi təyyarələr, vertolyotlar və pilotsuz uçuş aparatlarından istifadə edilməsi planlaşdırılmışdı. Təlimə Özbəkistan, Serbiya, Suriya, Türkmənistan və Monqolustandan müşahidəçilər də dəvət olunmuşdu.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net