Aİ fikir ayrılıqlarına görə Rusiya Federasiyasına qarşı yeni sanksiyaların qəbulunu ləngidə bilər
Tarix: 4-10-2022, 08:12 | Çap et


Avropa İttifaqının (Aİ) yeni anti-Rusiya sanksiyaları paketinin qəbulu Rusiya neftinə tavan qiymət tətbiqinə qarşı çıxan bir neçə ölkə səbəbindən ləngiyə bilər.

Bu barədə “Politico” qəzeti öz mənbələrinə istinadla xəbər yayıb.

Bildirilir ki, həmin ölkələrin sırasına Macarıstan, Kipr, Yunanıstan və Malta daxildir.

“Kipr, Yunanıstan və Malta Aİ-nin tankerlərinə Rusiya neftinin daşınmasını qadağan etməklə (“müəyyən qiymət həddi”ndən yuxarı satılacaq) özünə zərər vuracağından narahatdırlar. Bu ölkələr hesab edir ki, Türkiyə, Hindistan və İndoneziya boşalmış bazar paylarını ala biləcək və beləliklə də daşımalara davam edəcəklər”, - deyə qəzet yazır.

Məqalədə qeyd olunur ki, Macarıstan, Kipr, Yunanıstan və Maltanın narahat olmalarının səbəbi onların tanker donanmasının yanacağın böyük hissəsini Rusiya Federasiyasından Avropaya daşıması ilə bağlıdır. Öz növbəsində Budapeşt xüsusi şərtlərdə israr edir və Macarıstanın altıncı sanksiyalar paketindən çıxarılması ilə əlaqədar aldığı Rusiya yanacağının qonşu ölkələrə təkrar ixracına icazə istəyir. Bununla belə, Avropa komissarları Budapeştin neft bazarında ədalətsiz üstünlük əldə edəcəyindən narahatdırlar.




Xəbərlər
07-03-2024 12:06
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net