ABŞ bu həftə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək
Tarix: 4-10-2022, 08:05 | Çap et


Birləşmiş Ştatlar bu həftə Vaşinqtonun ölkədə etirazçılara qarşı zorakılıqda əli olduğuna inandığı İran rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

Vertikal.az APA-ya istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Co Bayden deyib.

“Mən İranda bərabər hüquqlar və insan ləyaqətinə hörmət tələb edən tələbələr və qadınlar da daxil olmaqla, dinc nümayişlərə qarşı şiddətlə bağlı xəbərlərdən ciddi şəkildə narahatam”,- deyə Bayden vurğulayıb.

Bayden dinc nümayişçilərə qarşı zorakılığın arxasında duranlara qarşı sanksiyaların tətbiq ediləcəyini vurğulayıb.




Xəbərlər
07-03-2024 12:06
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net