Rusiya qoşunları Ukraynanın Krasnıy Liman şəhərindən geri çəkilib.
APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
"Mühasirə təhlükəsinin yaradılması ilə əlaqədar olaraq, müttəfiq qoşunları Krasnıy Limandan daha sərfəli xəttlərə çəkilib", - deyə Rusiya MN-nin məlumatında qeyd olunub.